Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın Ali Lideri Müctəba Xamenei Xomeyninin ölümünün 37-ci ildönümü ilə bağlı yazılı açıqlama yayıb. Xamenei ABŞ və İsraili məğlub etdiklərini və qələbə qazandıqlarını bildirib.
Tezadlar.az xəbər verir ki, İranın Ekspertlər Məclisi tərəfindən seçilən üçüncü Ali Lider Müctəba Xameneidən gözlənilməz rəsmi açıqlama gəlib.
Xameneinin mesajı İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin ölümünün 37-ci ildönümü münasibətilə keçirilən mərasimdə yayımlanıb.
Xamenei mesajında deyib: “Zərərli düşmən, xüsusən də silahlı qüvvələrimizdəki cəsur oğullarınız tərəfindən məğlub edildikdən sonra həm döyüş meydanında, həm də küçələrdə qəti zərbə ilə üzləşmək nəticəsində dərin və əhəmiyyətli bir rüsvayçılıq yaşayır.”
Strateji analitiklərə görə, bu açıqlama İran xalqının qarşıdan gələn sülh və ya atəşkəs razılaşmasına hazırlığını göstərir.
Mesajında İranın dini lideri düşmənin “hibrid müharibə” taktikasına da diqqət çəkib. Xamenei hərbi məğlubiyyətlərdən sonra düşmənin xalq müqavimətini və liderlərin hesablamalarını hədəf alan bölünmə strategiyası həyata keçirdiyini iddia edib. O, hökumət rəsmilərinə müraciət edərək cəmiyyətdə ümidsizliyə səbəb olan hər hansı bir hərəkətin düşmənə kömək kimi qəbul ediləcəyini vurğulayıb.
İranın dini lideri həmçinin Böyük İsrail iddiasına toxunaraq deyib: “Təxminən 80 il əvvəl İsrail adlı bir qarnizon quran qlobal güclər, “Böyük İsrail” adlı boş və yalançı coğrafiyanın şərq sərhədində, yəni Fəratın şərqində hər cür üstünlüyə malik güclü və müstəqil İranın mövcudluğunu qəbul etmir və onun irəliləməsinə mane olmaq üçün səylərini əsirgəmirlər.”
E.ŞİRİNOV