Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran prezidenti Məsud Pezeşkian ABŞ-la müharibəyə son qoymağın yeganə yolunun “İranın qanuni hüquqlarının tanınması, kompensasiyanın ödənilməsi və bir daha hücum etməmək üçün möhkəm beynəlxalq zəmanət” olduğunu bildirib.
Tezadlar.az-ın xarici mediaya istinadən məlumatına görə, Pazeşkian bu açıqlamanı ABŞ-da yerləşən X sosial media platformasında Rusiya prezidenti Vladimir Putin və Pakistanın baş naziri Şahbaz Şəriflə telefon danışıqları ilə bağlı verib.
Pazeşkian bildirib ki, Putin və Şəriflə söhbətlərində İranın regionda sülh və sabitliyə sadiqliyini bir daha təkrarlayıb.
O bildirib ki, İsrail və ABŞ tərəfindən İrana qarşı başlanan müharibəyə son qoymağın yeganə yolu “İranın qanuni hüquqlarının tanınması, kompensasiya və təcavüz etməmək üçün möhkəm beynəlxalq zəmanət”dir.
E.ŞİRİNOV