Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gözlənildiyi kimi, ABŞ prezidenti Donald Tramp İran ərazisinə endirilən zərbələrin davam etdiriləcəyini açıqlayıb. Tezadlar.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, İranın “güclü və dəqiq bombardmanı” bütün həftə ərzində və ya qarşıya qoyulan məqsədə çatmaq üçün nə qədər lazımdırsa, davam edəcək.
Trampın sözlərinə görə, əməliyyatların əsas məqsədi Yaxın Şərqdə və dünyada sülhün təmin olunmasıdır. ABŞ prezidenti qeyd edib ki, “İslam İnqilabı Keşikçiləri Korpusu”, hərbi və polis qüvvələrinin bir çox üzvü döyüşmək istəmir və ABŞ tərəfindən toxunulmazlıq gözləyir. O bildirib ki, təhlükəsizlik strukturlarının nümayəndələri iranlı vətənpərvərlərlə birləşərək ölkənin sabitliyinin bərpası istiqamətində çalışmalıdırlar. Tramp əlavə edib ki, bombardmanlar fasiləsiz davam etdiriləcək və məqsəd regionda sülhün bərqərar olunmasıdır.