İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin hücumundan sonra İranın paytaxtı Tehran şəhərinin qərbində və şimal-şərqində partlayış səsləri eşidilir.
Bu barədə “Təzadlar” “İRNA” agentliyinə istinadən xəbər verir ki, Tehranın imam Xomeyni adına hava limanı fəaliyyətini dayandırıb. CNN isə yaydığı videogörüntülərdə İranın iki nüvə obyektində – Natanz və Fordoda partlayışlar baş verdiyini diqqətə çatdırıb. İsrail ordusu bildirib ki, hədəf İranın müxtəlif bölgələrindəki nüvə obyektləridir.
Bu dəqiqələrdə də İranın hava hücumundan müdafiə qüvvələri fəaliyyətini gücləndirib, lakin bu sistem hələki İsrailin hava hücumu raketlərini zərərsizləşdirə bilmir.
Müharibənin bölgəni iflic etmə ehtimalı isə duramadan artır.
A.Məmmədli