Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın Ekspertlər Şurası qətlə yetirilən Əli Xameneinin yerinə yeni Ali Lideri seçmək üçün 24 saat ərzində toplanacaq.
Tezadlar.az-ın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Şura üzvü Ayətullah Hüseyn Müzəffəri məlumat verib.
“Seçilmiş şəxs tarixi və taleyüklü missiyasını yerinə yetirməli və möminlərin qəlbində yanan odu söndürməlidir. Ümid edirik ki, Allahın köməyi ilə bu, növbəti 24 saat ərzində baş verəcək”, – deyə o bildirib.
Müzəffəri həmçinin Ekspertlər Şurasının hələlik heç bir iclas keçirmədiyini və seçkilərlə bağlı heç bir şayiəyə yol verilməməsini istəyib.
Daha əvvəl mediada yayılan xəbərlərdə Xameneinin oğlu Mücəbbənin Ali Liderin vəzifəsinə ən çox ehtimal olunan namizəd olduğu bildirilirdi. Onun həmçinin hava hücumlarından birində yaralandığı, lakin sağ qaldığı bildirilirdi. Onun vəziyyəti açıqlanmayıb.
5 martda ABŞ prezidenti Donald Tramp Mücəbbə Xameneini İranın ali lideri vəzifəsinə qəbuledilməz namizəd elan edib. “Onlar vaxtlarını boşa sərf edirlər. Xameneinin oğlu heç kim deyil. Mən təyinatda iştirak etməliyəm”, – deyə o bildirib. O, İranın yeni liderinin ölkənin kursunu dəyişdirməli və “harmoniya və sülh gətirməli” olduğunu, əks halda, ABŞ-ın Tehranla daha bir hərbi münaqişə ilə üzləşə biləcəyini bildirib.
E.ŞİRİNOV