Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Müvafiq dəniz limanı orqanları heç bir fəlakət siqnalı almayıb
Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi ilə əlaqə kəsilib, lakin İraq dəniz limanı orqanları onlardan heç bir fəlakət siqnalı almayıb.
Tezadlar.az bildirir ki, bu barədə İraq Dəniz Limanları Baş Şirkəti məlumat verib.
Şirkətin INA xəbər agentliyinə istinadən verdiyi açıqlamada deyilir: “İraq ərazi sularındakı Dəniz İdarəsi və Xüsusi Axtarış və Xilasetmə Mərkəzləri Boliviya bayrağı altında üzən iki gəmidən heç bir mesaj və ya siqnal almayıb və onlar İraq ərazi sularına daxil olmayıblar”.
Şirkət izah edib ki, “Fars körfəzindəki bir neçə limandakı təhlükəsizlik orqanlarından, eləcə də iki gəminin sahiblərindən hər hansı bir məlumat tələb edən məktublar alıblar, çünki onlarla əlaqə kəsilib”.
İraq şirkəti əlavə edib ki, “adı çəkilən gəmilərin yeri barədə heç bir məlumata malik deyil”, lakin “bölgədəki axtarış və xilasetmə xidmətləri ilə əlaqələndirilmiş şəkildə əməliyyatları izləməyə davam edəcək”.
E.ŞİRİNOV