İraqın paytaxtı Bağdadda bir neçə güclü partlayış səsi eşidilib
Paytaxt Bağdadda bir sıra partlayışlar baş verib.
Tezadlar.az xəbər verir ki, İraqın yerli mediası Bağdad Beynəlxalq Hava Limanındakı ABŞ bazasına və ABŞ diplomatik dəstək ofisinə hücum edildiyini iddia edib.
Bağdadın Viktoriya şəhərindəki ABŞ bazası tez-tez dron hücumlarına məruz qalır.
İranın dəstəklədiyi şiə milis qüvvələri tərəfindən Viktoriyaya FPV dron hücumunun görüntüləri əvvəllər yayımlanmışdı.
İraq hakimiyyəti hələlik partlayışlarla bağlı heç bir açıqlama verməyib.
E.ŞİRİNOV







