Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 İyul 2026 / 11:05

İrəvanda separatçıların bayrağı gəzdirilir-SEPARATÇILAR İSƏ BAKIDA RƏSMİ BAKIDAN İMDAD DİLƏYİR!

…Nə baş verir? Ermənistan ömür boyu separatçılığının əziyyətini çəkib və sonda da bu xislətin əvəzini ödədi, 30 illik işğalına 44 gündə son qoyuldu, təslimçilik aktı imzaladı, separatçılıq mənbəyi olmuş “DQR” rədd edildi, “ARTSAX” gorbagor oldu və sair… İki ildən çoxdir ki, həmin o xislətlilərin-əli qana batmışların Bakı məhkəmələrində günahı araşdırılır, onlar rəsmi Bakıdan imdad diləyirlər. Amma bu biri tərəfdən də separatçıların bayrağı İrəvan küçələrində gəzdirilir. Hərbi ekspert Ədalət Verdiyev yazır: “Ermənistan paytaxtında keçirilən tədbirlərdə seperatçı rejimin rəmzlərindən istifadə olunması, Azərbaycan dövlətini qıcıqlandırmaq məqsədi daşıyır. Acı və məglub taleyinizi mənasız əski parçası ilə daha da qəlizləşdirməyin. Ermənistan baş naziri Nikol Pashinyan / Նիկոլ Փաշինյան Azərbaycana dediyi sözlərə, o cümlədən seperatçı rejimin rəmzlərindən istifadə olunmayacağına dair verdiyi vədlərə əməl etməlidir…”.
Görünür, qozbeli qəbir, bu xislətli erməniləri də Azərbaycan əsgəri düzəldəcək… Başqa yol qoyurlarmı?!
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!