Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Özbəkistanın ilk prezidenti İslam Kərimovun kiçik qızı 20 ildən çox evliliyindən sonra multimilyoner əri Timur Tillayevdən boşandığını elan edib.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, Lola Kərimova-Tillayeva iyunun 23-də “Instagram” səhifəsində boşandığını elan edib.

Lola Kərimova və Timur Tillayevin 2000-ci illərin əvvəllərində evləndikləri məlumdur. Cütlüyün üç övladı var: Ömər adlı bir oğlu və Məryəm və Səfiyyə adlı iki qızı.
Ailənin dünyanın hər yerində lüks mülkləri, o cümlədən Beverli Hillsdəki Le Palais malikanəsi, Los-Ancelesdə villalar və İsveçrədəki daşınmaz əmlakı var. İctimaiyyətə açıq məlumatlara görə, Tillayevin biznesləri İsveçrə və Birləşmiş Ərəb Əmirliklərindəki hesablarda yüz milyonlarla dollar toplayıb.
Son illərdə onlar Özbəkistandan kənarda, əsasən Tillayevin biznes müəssisələrinin olduğu ABŞ, Fransa və İsveçrədə yaşayıblar.