İslandiyanın xarici işlər naziri Torgerdur Katrin Qunnarsdottir ABŞ Prezidenti Donald Trampın İslandiyanın ərazisini Amerika bayrağının rənglərində təsvir edən xəritə dərc etməsindən sonra ABŞ səfiri Billi Lonqu çağırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə RUV telekanalı məlumat yayıb.
Trampın Truth Social-da dərc etdiyi xəritədə ABŞ, bir neçə Mərkəzi Amerika ölkəsi, Kanada, Qrenlandiya və İslandiya Amerika bayrağının rənglərində təsvir olunub.
Nazirlik ABŞ səfiri ilə danışdıqdan sonra bildirib ki, “Görüşdə bu nəşrin tamamilə qəbuledilməz olduğunu açıq şəkildə bildirdik”.
Amerika lideri dəfələrlə Kanada və Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-a birləşməsi ehtimalını müzakirə edib. Tramp həmçinin sosial mediada ABŞ-nin bir neçə xəritəsini paylaşıb və orada ABŞ-nin Nyu Meksiko ştatının Yeni Amerika adlandırıldığı bildirilib. 6 sentyabrda o, belə bir ad dəyişikliyini dəstəklədiyini bildirib.
ELBAR







