Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İspaniyanın müdafiə naziri Marqarita Robles Birləşmiş Millətlər Təşkilatından (BMT) İsrailin Livana hücumlarını dayandırmasını tələb etməsini istədiyini bildirib.
Robles Livandakı BMT sülhməramlı missiyası olan UNIFIL-də xidmət edən İspaniya kontingenti ilə video konfrans keçirib.
Tezadlar.az xəbər verir ki, İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin məlumatına görə, nazir Robles, UNIFIL-də təxminən 670 İspan əsgərinin yerləşdiyini bildirib.
Robles İsrailin Livana qarşı hər gün 60-70, Hizbullahın isə İsrailə qarşı artilleriya və hava hücumu həyata keçirdiyini bildirib və əlavə edib ki, ispan əsgərləri döyüşlər səbəbindən sığınacaqlarda uzun saatlar keçirirlər və vəziyyətdən narahatdırlar.
İspaniyanın müdafiə naziri Robles Birləşmiş Millətlər Təşkilatından İsraildən Livandakı hücumlarını dayandırmasını və ölkədəki sülhməramlı missiyanın təhlükəsizliyini təmin etməsini istəməsini istəyib.
E.ŞİRİNOV