Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Ötən gün Afrikanın şimalında yerləşən İspaniyanın muxtar Seuta şəhərinə üzərək keçməyə cəhd edən miqrantların ən azı 57-si həyatını itirib. Tezadlar.az CNN-nin canlı efirinə istinadla xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb. Bundan əvvəl İspaniya KİV-i minlərlə miqrantın Seutaya üzərək, eləcə də şəhəri Mərakeşdən ayıran dalğaqıranın ətrafından piyada keçərək çatmağa müvəffəq olduğunu bildirmişdi. Məlumata əsasən, şəhərə təxminən 70 min miqrant daxil olub və bu rəqəm şəhər əhalisinin 70%-ni təşkil edir. Sərhədi kütləvi şəkildə keçdikdən sonra son 30 saat ərzində 69,5 minə yaxın miqrant İspaniyanın Seuta şəhərini tərk edərək Mərakeşə qayıdıb. Bununla yanaşı, Taraxal sərhəd bəndində qoruyucu maneələrin quraşdırılmasına başlanılıb.