Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fələstin torpaqlarını ələ keçirən İsrail ordusu işğal olunmuş Qərb Şəriyəsindəki Ramallah yaxınlığındakı bir kəndə gedən yeganə su boru kəmərini dağıdıblar.
Tezadlar.az xəbər verir ki, Fələstin xəbər agentliyi WAFA-nın məlumatına görə, bir qrup İsrailli hərbçi Ramallahın şimal-qərbində yerləşən Ümm Səfa və Deyr əs-Sudan kəndləri arasındakı əl-Hərəş ərazisində torpaq qazmaq üçün buldozerlərdən istifadə ediblər.
Qanunsuz yaşayış məntəqələrinə yol çəkmək üçün apardıqları qazıntı zamanı Ümm Səfa kəndinə su verən yeganə boru kəmərini dağıdıblar və kəndi susuz qoyublar.
Ümm Səfa kəndinin hər tərəfdən qanunsuz yaşayış məntəqələri ilə əhatə olunduğu və fələstinlilərin İsrail hücumları səbəbindən torpaqlarına daxil ola bilmədiyi bildirilir.
Qərb Şəriyəsindəki şəhərlər, kəndlər və qəsəbələr tez-tez Fələstin torpaqlarını ələ keçirən israillilərin hücumlarına məruz qalır.
Bu hücumlara atəş açmaq və yaralamaq, öldürmək, döymək, əmlakı məhv etmək, əkin və mal-qaraya zərər vermək və fermerlərin torpaqlarına daxil olmasının qarşısını almaq kimi hərəkətlər daxildir.
E.ŞİRİNOV