İsrail İranın daha bir neçə aviabazasını bombaladı

İsrail Müdafiə Qüvvələri raket və pilotsuz uçuş aparatlarının buraxılışı üçün istifadə olunan iki İran hərbi-hava bazasına zərbələr endirib. Tezadlar.az  xəbər verir ki, bu barədə ordu mətbuat xidmətinin bəyanatında deyilir.

Məlumata görə, zərbələr İranın qərbindəki Həmədan və şimalındakı Təbriz hava bazalarına, həmçinin ölkənin şimal-qərbindəki “yer – yer” sinifli raketlərin buraxılış meydançasına endirilib.

“Hücum zamanı onlarla İran PUA-sı və “yer – yer” sinifli raket qurğuları məhv edilib”, – məlumatda qeyd olunub.

İran da İsrail ərazisinə raket zərbələri endirib. Yaralılar var.

Xəbəri paylaş