Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Vaşinqton İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasını tələb etməyib.
Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İsrael Kats bildirib.
“Biz heç bir halda qoşunları çıxarmayacağımızı bəyan etdik və ABŞ də İsraildən ordunu Livandan çıxarmasını tələb etmir. Bu da diplomatik nailiyyətdir”, – nazir deyib.
Kats əlavə edib ki, bu mövqeyi Pentaqonun rəhbəri Pit Heqsetə çatdırıb. “Biz şimal sakinlərini qorumaq üçün buradayıq”, – o qeyd edib.
Müdafiə nazirinin sözlərinə görə, 200 min livanlının hazırda İsrail Müdafiə Ordusunun nəzarətində olan rayonlara qayıtmasına imkan verilməyəcək. “Orada dinc əhali olanda, həm əldəqayırma partlayıcı qurğular, həm də əsgərlərə hücumlar var idi. Biz geri çəkilmirik”, – o bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında anlaşma memorandumunun şərtlərindən biri Livana hücumların dayandırılması, daimi atəşkəsə nail olunmasıdır. İran tərəfi həmçinin İsrail qoşunlarının oradan çıxarılmasını tələb edir, əks halda Tehran Hörmüz boğazını yenidən bağlayacaq.