Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail ordusu Livanın cənubundakı Zehrani çayının cənubunda yerləşən ərazilərə hücumla hədələyib və onların qovulması əmri verib.
Tezadlar.az xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında paylaşım edərək bildirib ki, ordunun Zehrani çayının cənubundakı “Hizbullah”a məxsus olduğunu iddia etdiyi hədəflərə hücumlar həyata keçirəcəyini bildirib.
Bölgədəki Livan xalqından evlərini tərk edib Zehrani çayının şimalına köçmələrini istəyən Adraee bunun yeni bir hücumdan əvvəl bir xəbərdarlıq olduğunu hədələyib.
İsrail ordusu əvvəllər Livanın cənubundakı onlarla şəhərə hücum etməklə hədələyib və əhalini qaçmağa məcbur edib.
İsrailin Livana hücumları və atəşkəs prosesi
İsrail ordusu 2 martda Livana intensiv hava hücumları edərək ölkənin cənubundakı bir çox şəhəri işğal edib. Livan hökuməti ölkədə məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.
24 apreldə ABŞ prezidenti Donald Tramp Livan və İsrail arasında 17 apreldə qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha üç həftə uzadıldığını elan edib.
Livan və İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə 14-15 may tarixlərində keçirilən danışıqların üçüncü mərhələsindən sonra atəşkəsin 17 may tarixindən etibarən daha 45 gün uzadılması və iyunun əvvəlində dördüncü mərhələsinin keçirilməsi qərara alınıb.
Bu arada, İsrailin Baş naziri Benyamin Netanyahu 25 mayda orduya Livana hücumları gücləndirməyi tapşırdığını açıqlayıb.
Livan Səhiyyə Nazirliyinin son açıqlamasında bildirilir ki, 2 martdan bəri İsrailin ölkəyə hücumlarında 3371 nəfər ölüb.
Atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusu Livanın cənubunda hücumlarını və evlərin sökülməsini davam etdirir, “Hizbullah” isə İsrail qüvvələrini atəşkəsi pozmaqda ittiham edərək hədəfə almağa davam edir.
E.ŞİRİNOV