Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Hizbullah” İsrail ordusuna və Şimali İsraildəki yaşayış məntəqələrinə hücumlar həyata keçirdiyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, “Hizbullah”ın Telegram hesabında verilən açıqlamada İsrail hədəflərinə hücumlar edildiyi bildirilib.
Şimali İsraildəki Şilom, Yiftah, Şomera, Kiryat Şimona, Netua, Ramot Naftali və Hanit yaşayış məntəqələrinin raketlərlə hədəf alındığı qeyd edilib.
Məlumatda həmçinin Yara, Branit, Metat və Zaritdəki İsrail ordusu kazarmalarının raketlərlə hücuma məruz qaldığı da qeyd edilib.
Livanın cənubundakı Hiyam şəhərində yerləşən İsrail əsgərlərinin də raketlərlə hədəf alındığı bildirilib.
Bundan əlavə, Safedin şimalında yerləşən Ein Zeitim bazasının pilotsuz uçuş aparatları (PUA) tərəfindən hədəf alındığını göstərən görüntülər paylaşılıb.
E.ŞİRİNOV