Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Həlak olan dörd nəfərdən ikisi humanitar yardım yük maşınının sürücüsü olub
Atəşkəsə baxmayaraq, İsrail ordusunun Qəzzaya hücumları nəticəsində iki humanitar yardım yük maşını sürücüsü də daxil olmaqla dörd nəfər həlak olub.
Tezadlar.az xəbər verir ki, Fələstin xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusu atəşkəsə baxmayaraqŞ Qəzzada hücumlarını davam etdirir.
Qəzzanın cənubundakı Xan Yunisin şərqindəki Karara şəhərində İsrail əsgərlərinin atəş açması nəticəsində bir fələstinli həlak olub, İsrail ordusunun pilotsuz təyyarəsinin Qəzzanın şimalındakı Beyt Lahiya şəhərində bir qrup fələstinlini hədəf alması nəticəsində isə bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Qəzzanın cənubundakı Rəfahın Mavasi bölgəsində İsrail ordusunun atəşi nəticəsində iki fələstinli həlak olub.
Fələstin mediasının məlumatına görə, Mavasi hücumunda humanitar yardım yük maşını sürücüləri həlak olub.
Bundan əlavə, İsrail ordusunun silahlı pilotsuz təyyarəsinin atdığı bomba nəticəsində Cəbəliyyənin şimalındakı Halava Qaçqın Düşərgəsində bir nəfər yaralanıb.
İsrail pilotsuz təyyarəsi Qəzzanın şimalındakı Cəbəliyyədəki Halava Qaçqın Düşərgəsinin yaxınlığında bomba atıb və nəticədə bir fələstinli yaralanıb.
E.ŞİRİNOV