Əsas məzmuna keç

İsrail Qəzza sahillərində balıqçı qayıqlarına atəş açdı: Bir uşaq öldü

İsrail donanmasının Qəzza sahillərində balıqçı qayıqlarına atəş açması nəticəsində 15 yaşlı fələstinli oğlan həlak olub.

Tezadlar.az xəbər verir ki, yerli mənbələrə görə, İsrail donanması Qəzza zolağının mərkəzindəki Deyr əl-Bəlah sahillərində fəaliyyət göstərən balıqçı qayıqlarına atəş açıb.

Mənbələr həmçinin İsrail donanmasının Qəzza şəhəri və Deyr əl-Bəlah sahillərində dörd fələstinli balıqçını saxladığını və onların qayıqlarını müsadirə etdiyini bildirib.

Əl-Əqsa Şəhidləri Xəstəxanasının rəsmiləri Deyr əl-Bəlah sahillərində açılan atəş nəticəsində ölən 15 yaşlı Məhəmməd Musa Əbu Ciyabın cəsədinin xəstəxanaya gətirildiyini açıqlayıblar.

Yerli mənbələr 15 yaşlı oğlanın balıq tutarkən olduğu qayığa atəş açılması nəticəsində öldüyünü bildiriblər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…