İsrail Qəzzanı məhv etməklə hədələyir

Fələstinin radikal HƏMAS hərəkatı silahı yerə qoymasa, İsrail Qəzza şəhərini məhv edəcək.

Tezadlar.az bildirir ki, bu xəbərdarlığı ölkənin müdafiə naziri İsrael Kats sosial şəbəkəsində verib.

“Bu gün Qəzza şəhərinin səmasında güclü qasırğa baş qaldıracaq, terror qüllələrinin damları titrəyəcək. Bu, Qəzzada və xaricdəki lüks otellərdə olan HƏMAS qatillərinə və təcavüzkarlarına son xəbərdarlıqdır: girovları azad edin və silahlarınızı yerə qoyun, yoxsa Qəzza məhv olacaq və siz məhv olacaqsınız”, – deyə o yazıb.

Katsın sözlərinə görə, İsrail Müdafiə Qüvvələri Qəzza zolağında əməliyyatları genişləndirməyə, o cümlədən eyniadlı şəhərə nəzarəti bərqərar etməyə hazırlaşır.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp HƏMAS-ı Qəzza zolağında sülh sazişinin Amerika şərtlərini qəbul etməyə çağırıb və bunun son xəbərdarlıq olduğunu vurğulayıb. HƏMAS tezliklə hərəkatın ABŞ-dan atəşkəs razılaşmasına nail olmaq üçün təkliflər aldığını bildirdi və dərhal danışıqlar masasına oturmağa hazır olduğunu bildirib.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti