Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 May 2026 / 14:28

İsrail Tir şəhərinə və Livanın çoxsaylı bölgələrinə hava hücumları təşkil etdi

Atəşkəsə baxmayaraq, İsrail ordusu Tir şəhərinə və Livanın cənubundakı bölgələrə hava hücumları təşkil etdiyini açıqlayıb.

İsrail ordusu 17 apreldə qüvvəyə minən və 17 may tarixindən etibarən 45 gün uzadılan atəşkəsə baxmayaraq, Livana hücumlarını gücləndirməyə davam edir.

Tezadlar.az-ın məlumatına görə, İsrail ordusunun yazılı açıqlamasında bildirilir ki, döyüş təyyarələri Tir şəhərini və Livanın cənubundakı müxtəlif əraziləri hədəfə alıb.

Açıqlamada hava hücumlarında “Hizbullah” infrastrukturuna və obyektlərinə zərbə endirildiyi iddia edilir.

Livanın cənubuna intensiv hava hücumlarını davam etdirən İsrail ordusu Litani çayının şimalına girərək quru işğalını da genişləndirir.

İsrailin Livana hücumları və atəşkəs prosesi

İsrail ordusu 2 martda Livana intensiv hava hücumları təşkil edərək ölkənin cənubundakı bir çox şəhəri işğal edib. Livan hökuməti bu dövrdə ölkədə məcburi köçkünlərin sayının bir milyonu keçdiyini açıqlayıb.

24 apreldə ABŞ prezidenti Donald Tramp Livan və İsrail arasında 17 apreldə qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha üç həftə uzadıldığını elan edib.

Livan və İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə 14-15 may tarixlərində keçirilən danışıqların üçüncü mərhələsindən sonra atəşkəsin 17 may tarixindən etibarən daha 45 gün uzadılması və iyunun əvvəlində dördüncü mərhələsinin keçirilməsi qərara alınıb.

Bu arada, İsrailin Baş naziri Benyamin Netanyahu 25 mayda orduya Livana hücumları artırmağı tapşırdığını açıqlayıb.

Livan Səhiyyə Nazirliyinin son açıqlamasında bildirilir ki, 2 martdan bəri İsrailin ölkəyə hücumlarında 3371 nəfər həlak olub.

Atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusu Livanın cənubunda hücumlarını və ev söküntülərini davam etdirir, “Hizbullah” isə İsrail qoşunlarını atəşkəsi pozmaqda ittiham edərək hədəfə almağa davam edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!