6 May 2026 / 15:25

İsrailin ABŞ-la münasibətləri soyuyub – gələcək addımlar üçün müxtəlif ssenarilər hazırlayır…

İsrail hakimiyyəti ABŞ-ın İrana qarşı hərbi əməliyyatları bərpa edəcəyini ehtimal etmir.

İsrail hökumət mənbələri “Al-Monitor“a bildiriblər ki, İsrail daxili siyasi çətinliklər səbəbindən ABŞ-ın İrana qarşı hərbi kampaniyasını bərpa edəcəyinə şübhə edir.

Bildirilir ki, Donald Tramp administrasiyasındakı daxili siyasi problemlər və qlobal iqtisadi böhranın daha da artması riski səbəbindən ABŞ-ın İrana qarşı zərbələri bərpa etməsi ehtimalı azdır.

İsrail ABŞ-dakı vəziyyəti nəzərə alaraq İranla bağlı gələcək addımlar üçün müxtəlif ssenarilər hazırlayır. Lakin İsrail rəhbərliyi ümumiyyətlə Vaşinqtonun hərbi əməliyyatlarını bərpa etməyəcəyini güman edir.

Mənbələr həmçinin qeyd ediblər ki, ABŞ və İsrail liderləri arasında təmaslar azalıb və ölkələr arasında münasibətlər nəzərəçarpacaq dərəcədə soyuyub.

“Al-Monitor”un məlumatına görə, ABŞ-ın hazırkı məqsədi Hörmüz boğazını İranın nəzarətindən çıxarmaq və su yolunun istifadəsinə öz şərtlərini tətbiq etməkdir.

İsrail Hörmüzdəki problemin həll olunması fonunda ABŞ-ın İranın nüvə və raket proqramları ilə bağlı problemləri arxa plana keçirəcəyindən qorxur, baxmayaraq ki, hərbi əməliyyatın başlamasının əsas səbəbi də məhz bu problemlərin olduğu deyilirdi…

 

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!