6 İyun 2026 / 20:23

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 3593-ə çatıb

Atəşkəsə baxmayaraq, 2 martdan bəri İsrailin Livana hücumlarında ölənlərin sayı son 24 saatda 35 nəfər artaraq 3593-ə çatıb.

İsrail ordusu 17 apreldə qüvvəyə minən və 17 may tarixindən etibarən 45 gün uzadılan atəşkəsə baxmayaraq Livana hücumlarını davam etdirir.

Tezadlar.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyi 2 martdan bəri İsrailin hücumlarında ölən və yaralananların sayı ilə bağlı son məlumatları paylaşıb.

Bu məlumatlara görə, bu dövrdə İsrailin hücumlarında həyatını itirənlərin sayı son 24 saatda 35 nəfər artaraq 3593-ə çatıb, 10990 nəfər isə yaralanıb.

Səhiyyə Nazirliyi dünənki açıqlamasında 2 martdan bəri İsrailin Livana hücumlarında 3558 nəfərin öldüyünü bildirib.

İsrailin Livana hücumları və atəşkəs

İsrail ordusu 2 martda Livana intensiv hava hücumları edərək ölkənin cənubundakı bir neçə şəhəri işğal edib.

Livan hökuməti bu dövrdə ölkədəki məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.

24 apreldə ABŞ prezidenti Donald Tramp Livan və İsrail arasında 17 apreldə qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha üç həftə uzadıldığını açıqlayıb.

14-15 may tarixlərində ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında keçirilən üçüncü danışıqlardan sonra atəşkəsin 17 may tarixindən etibarən 45 gün uzadılması qərara alındı.

ABŞ Dövlət Departamenti 3 iyunda Vaşinqtonda keçirilən dördüncü danışıqlardan sonra İsrail və Livanın “Hizbullah”ın hücumlarını tamamilə dayandırması və bütün elementlərini Litani çayının cənubundan geri çəkməsi şərti ilə “hərtərəfli atəşkəs” barədə razılığa gəldiyini açıqladı. Lakin “Hizbullah” şərti atəşkəsi rədd edib.

Lakin elan edilən atəşkəs razılaşmalarına baxmayaraq, İsrail ordusu hücumlarını davam etdirir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!