Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın Ali Milli Təhlükəsizlik Şurasının (SNSC) katibi Əli Laricani İsrailin hücumundan sağ çıxa bilməyib.
Tezadlar.az bildirir ki, bu barədə İsrailin 12-ci Kanalı mənbələrə istinadən məlumat verib.
“Dünən günortadan sonra Laricaninin bu axşam (bazar ertəsi ilə çərşənbə axşamı arasında) gizləndiyi yerlərdən birinə gəlməli olduğu barədə məlumat aldıq. Bu, onun evi deyil, istifadə etdiyi mənzillərdən biridir. O, hadisə yerində oğlu ilə birlikdə olub və hücuma məruz qalıb. Onun bu hücumdan sağ çıxa bilməsi mümkün deyil”, – deyə adı açıqlanmayan İsrail rəsmisi bildirib.
Məqalənin müəllifləri qeyd ediblər ki, Laricani İslam Respublikasının “ən güclü siyasi fiquru” hesab olunur.
E.ŞİRİNOV