Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail ordusu Livanın cənubundakı bir evi bombalayıb və evə gedən təcili yardım maşınını da hədəfə alıb; hücumda 2 səhiyyə işçisi daxil olmaqla 3 nəfər həyatını itirib.
Tezadlar.az xəbər verir ki, Livan rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusu Livanın cənubundakı bir neçə şəhəri hədəfə almağa davam edir.
İsrail hərbi təyyarələri Nəbatiyyə yaxınlığındakı Kafr Sir şəhərində bir evi bombalayıb, bir nəfər ölüb.
Bombalanan evə gedən təcili yardım maşını da İsrail hərbi təyyarələri tərəfindən hədəfə alınıb, nəticədə iki səhiyyə işçisi ölüb, bir nəfər yaralanıb.
Hizbullah tərəfindən idarə olunduğu bilinən İslam Səhiyyə Təşkilatı, Livanda, xüsusən də şiə əhalisinin sıx yaşadığı ərazilərdə səhiyyə və təcili yardım xidmətləri göstərir.
E.ŞİRİNOV