Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyun 2026 / 14:07

İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 73 min 58-ə çatıb

İsrail ordusunun 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlarında ölənlərin sayı 73 min 58-ə çatıb.

Tezadlar.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin yazılı açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri İsrail hücumları nəticəsində ölənlərin sayı ilə bağlı son məlumatlar paylaşılıb.

Qeyd edilib ki, son 24 saat ərzində İsrail hücumları nəticəsində ölən 4 nəfərin və yaralı 8 nəfərin cəsədi Qəzzadakı xəstəxanalara gətirilib.

10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrail hücumlarında 1045 nəfər həyatını itirib, 3380 nəfər yaralanıb və dağıntılar altından 786 nəfərin cəsədi çıxarılıb.

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 73.058-ə çatıb, 173.488 nəfər yaralanıb.

Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı bildirilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!