Əsas məzmuna keç

İsrailin Qəzzada polis maşınına hücumu nəticəsində biri uşaq olmaqla 4 nəfər həlak olub

İsrail ordusunun Qəzzanın şərqində polis maşınına hücumu nəticəsində biri uşaq olmaqla dörd fələstinli həlak olub, bir çox insan yaralanıb.

Tezadlar.az xəbər verir ki, xəstəxana mənbələrinə görə, İsrail əsgərləri Qəzzanın şərqində polis maşınına bomba atıblar.

İlkin məlumatlara görə, hücumda biri uşaq olmaqla dörd fələstinli həyatını itirib, bir çoxu isə yaralanıb.

Həlak olan fələstinlilərin cəsədləri Şifa və Əhli-Baptist xəstəxanalarına aparılıb.

Yaralıların sayı və vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…