İstanbulun meri saxlanılıb- ARAŞDIRMA GEDİR

Oxunma sayı: 29

Ötən gün İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu və onun mətbuat katibi Murad Onqun saxlanılıb. Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, onun İstanbul Böyük Şəhər Bələdiyyəsində başlanan araşdırma çərçivəsində saxlanıldığı barədə məlumat verilib. Həmçinin prokurorluq İmamoğlunun evində axtarış aparıb, onu tibbi müayinəyə aparıblar. CNN-Türk qeyd edib ki, yüzdən çox şəxsin saxlanıldığı var. Məlumatda deylir ki, prokurorluq iki ayrı araşdırma aparır. Birinci araşdırma çərçivəsində İmamoğlu və digər şübhəlilər PKK ilə ortaq fəaliyyət, PKK üzvlərini işə yerləşdirmək, ikinci araşdırma çərçivəsində isə korrupsiya və rüşvət cinayətlərində təqsirləndirilir.

Əkrəm İmamoğlu 4 iyun 1970-ci ildə Türkiyənin Trabzon şəhərində anadan olmuşdur. İstanbul Universitetində biznesin idarə edilməsi üzrə bakalavr və insan resurslarının idarə edilməsi sahəsində magistr dərəcəsi almışdır. 2014–2019-cu illərdə Bəylikdüzü Bələdiyyəsinin sədri vəzifəsini icra etmişdir. 2019-cu ildə Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq İstanbul Böyükşəhər Bələdiyyə sədri seçilmişdir. Son prezident seçkilərində Ərdoğana ciddi rəqib olmuşdur.

A.Məmmədli

Xəbəri paylaş