3 Avqust 2026 / 23:58

İsveç FIFA-da dəyişiklik istəyir

İsveç Futbol İttifaqı FIFA prezidenti Canni İnfantinonun növbəti seçkilərdə namizədliyini dəstəkləməyəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə skandinaviya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İsveç Futbol İttifaqının sədri Simon Estrem bildirib ki, idarə heyətinin növbədənkənar iclasında Canni İnfantinonun rəhbərliyinə etimad göstərilməməsi barədə qərar qəbul olunub.

Onun sözlərinə görə, bu qərar FIFA-da son illərdə baş verən proseslərin qiymətləndirilməsi əsasında verilib.

“İdarəetmə, şəffaflıq və korporativ məsuliyyət sahələrində təkrarlanan çatışmazlıqlar müşahidə edirik”, – deyə Estrem vurğulayıb.

Estrem bildirib ki, İsveç Futbol İttifaqı UEFA və digər milli assosiasiyalarla birlikdə FIFA prezidentliyinə alternativ namizədin müəyyənləşdirilməsi istiqamətində çalışacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!