Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün İsveçin “Norrçyopinq” və “Erqrute” futbol komandaları arasında ölkə çempionatının birinci divizionunda çıxış etmək uğrunda pley-off oyunu süni qazonda baş verən yanğın səbəbindən dörd saatdan çox davam edib. Tezadlar.az TRT- Sport- a istinadla xəbər verir ki, hadisə matçın 0:0 hesablı əsas vaxtının bitməsinə beş dəqiqə qalmış baş verib. “Norrçyopinq”in azarkeşləri meydançaya pirotexniki vasitələr atmağa başlayıblar ki, bu da sintetik örtüyün və qapı torunun alovlanmasına səbəb olub.
Matç uzun fasilədən sonra matç yenidən başlayıb, ancaq 50 saniyə sonra fişənglər yenidən meydançaya atlıb. Azarkeşləri tribunalardan çıxarmaq üçün oyun yenidən dayandırılıb.
Final fiti görüş başlayandan dörd saat yarım sonra səslənib. “Erqryute” iki matçın yekununa əsasən 3:0 hesabı ilə qalib gəlib və yüksək liqada çıxış etmək hüququ qazanıb.