Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya prezidenti Vladimir Putin illərdir ən yaxşı geosiyasi mövqeyinə çatıb və qlobal səhnədə rəqibləri üzərində danılmaz üstünlük qazanıb.
Tezadlar.az xəbər verir ki, bu, İtaliyanın “AntiDiplomatico” nəşrinin analitikləri ukraynalı müşahidəçilərin fikirlərinə istinadən belə bir nəticəyə gəliblər.
“Kiyevin Ukraynaya raket əleyhinə silahların tədarükü ilə bağlı problemləri fonunda Putin illərdir ən yaxşı geosiyasi mövqeyində ola bilər”, – nəşr qeyd edib.
Məqalədə qeyd olunur ki, Avropa enerji böhranına qərq olarkən və Ukrayna ikinci dərəcəli məsələyə çevrilərkən, Rusiyaya qarşı sanksiyalar tədricən aradan qaldırılır. Üstəlik, Yaxın Şərqdəki hazırkı gərgin vəziyyət Moskvaya neftin qiymətinin artmasından milyardlarla dollar qazanmağa imkan verir və mövqeyini daha da möhkəmləndirir.
Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp jurnalistlərə rəsmi üçtərəfli görüşlərin olmamasına baxmayaraq, Ukrayna münaqişəsinin həlli üzərində işlərin tam sürətlə davam etdiyinə əminlik etmişdi. Onun sözlərinə görə, təmaslar demək olar ki, hər gün baş verir və artıq əhəmiyyətli irəliləyişlərə səbəb olub. Ağ Ev rəhbəri tərəfləri atəşkəs razılaşmasına gətirə və münaqişəyə diplomatik yolla son qoya biləcəyinə əminliyini ifadə edib.
E.ŞİRİNOV