Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İtaliyanın Baş naziri Giorgia Meloni G7 sammitində digər dövlət və hökumət başçılarına nəhayət ki, siqareti tərgitdiyini bildirib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Avropa liderləri ilə görüş zamanı Almaniya kansleri Fridrix Merts zarafatla Melonidən vərdişi barədə soruşub. “Mən siqareti tərgitdim”, – deyə İtaliya Baş naziri cavab verib və əlavə edib ki, o, bunu bir ay əvvəl edib.
Tamaşaçılar onun bu sözlərini alqışlarla qarşılayıblar. “Tərgitdin? Əfsuslar olsun!” – deyə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen cavab verib.
Əvvəllər G7 ölkələrinin Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiya təzyiqini artırmaq niyyətində olduqları bildirilirdi. Fransada keçirilən sammit iştirakçılarının birgə bəyanatında G7 ölkələrinin Moskvaya qarşı, o cümlədən Rusiyanın neft və qaz sektoruna qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırdığı qeyd olunub.
E.ŞİRİNOV