İVANIŞVILININ 480 MILYONLUQ VARIDATI GÜRCÜSTANA GƏTIRILDI- BƏS AZƏRBAYCANLILARINKI???

Oxunma sayı: 111


Neçə vaxtdır mübahisələndirildiyi kimi, “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili sanksiya çağırışlarından sonra 480 milyon dollardan çox sənət əsərlərini ABŞ və Böyük Britaniyadan Gürcüstana gətirib.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Gəlirlər Xidmətinin operativ statistika veb-saytında məlumat yayılıb. Hesabata görə, idxal üç bağlama vasitəsilə həyata keçirilib. Onlardan ikisi ABŞ-dan, biri isə Böyük Britaniyadan göndərilib. Rəsmlərin və onların daşınma qutularının ümumi çəkisi 6.6 ton təşkil edib. Bu gün həmçinin məlum olub ki, 2025-ci ilin yanvar ayında Gürcüstanın ümumi idxalı 45% artaraq 1.6 milyard dollara çatıb. Bu artımın əsas səbəbi ölkəyə incəsənət əsərlərinin gətirilməsi olub. Əgər bu idxal baş verməsəydi, ümumi idxal 1.1 milyard dollar təşkil edəcək və illik artım cəmi 1.8% olacaqdı. İncəsənət əsərlərinin rekord həcmdə idxalı barədə sosial şəbəkədə “Qaxaria Gürcüstan Naminə” partiyasının üzvü Beka Liluaşvili paylaşım edib. O, bu idxalın Bidzina İvanişvili tərəfindən həyata keçirildiyini yazıb. Malların gömrük rəsmiləşdirilməsi 2025-ci ilin yanvar ayında baş tutub. Lakin bu idxal üçün gömrük rüsumunun ödənilib-ödənilmədiyi məlum deyil. Əgər ödənilsəydi, bu məbləğ ümumilikdə 242 milyon lari təşkil edərdi.

***

Məsələ ondadır ki, Azərbaycanda da bir çox iş adamları və məmurların (keçmiş və indiki) xarici ölkələrdə milyardlarla varidatı var. Bəs onların Azərbaycana gətirilməsi üçün nə etmək lazımdır? Hansı ki, bu vəsaitlərə amnistiya verməklə Qarabağdakı tikinti-quraşdırma layihələrinə məsrəf etmək olar.

Qeyd edim ki, 2024-cü ildə Parlamentdə “Gürcü Arzusu” yeni bir qanun qəbul edib. Bu qanuna əsasən, ofşor şirkətlərin mülkiyyətində olan aktivlərin Gürcüstana gətirilməsi gömrük rüsumlarından da azaddır.

Asif MƏRZİLİ

Xəbəri paylaş

30 Aprel