Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/3
Beynəlxalq onlayn platformada “İyilik Üretenler” Dərnəyi və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Dünya İncəsənət Gününə həsr olunmuş sərgi təşkil olundu .
Sərgidə Ağdam rayonundan Qönçə ART Studionun rəhbəri Qönçə Həzizadə tələbələri ilə, AMK-nın nəzdində Respublika İncəsənət Gimnaziyasının müəllimi Minə Məmmədova, rəssamlar Vüqar Şıxəliyev, Aygün Kamilqızı, Cavidan İsayev, Elnura İsmayılova, Humay Məcidli, Turan Məmmədova, Ədilə Eyvazlı, Ülkər Nəzirova, Mələk Həsənli , Nasin Gül və digər ölkələrdən olan rəssamlar iştirak edirdilər.
Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərgi iştirakçılarıını Dünya İncəsənət Günü münasibətiilə təbrik edib uğurlar arzuladı.
Günün əlamətdar hadisəsi olaraq AMK-nın nəzdində Respublika İncəsənət Gimnaziyasının müəllimi, rəssam, jurnalist Minə Məmmədovanın doğum gününü qeyd etdilər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub xatirə şəkilləri çəkildi.
AYGÜN