12 İyun 2026 / 07:41

Jurnalist nazirin “süni intellekt nəzəriyyəsini” dəstəklədi…

Jurnalist Asif Mərzili təhsil naziri Emin Əmrullayevin süni intellektlə bağlı söylədiklərini dəstəkləyib. Belə ki, nazir geniş konfransda bildirib ki, yaxın zamanlarda süni intellekt dərslikləri arxivə göndərəcək. Jurnnalist özünün fb səhifəsində belə yazıb: “…Emin müəllimi dəstəkləyirəm… O, düz deyir, tezliklə süni intellekt onu da əvəz edəcək! Çünki dərslik sıradan çıxacaqsa, müəllimlər kimə lazım, müəllim heç kimə lazım deyilsə, ildə büdcədən milyardları udan nazirlik kimə lazım, eləcə də on minlərlə məktəb binası kimə lazım, boşaldıb qoyun yataqlarına, tövlələrə verin! Amma nazirin məntiqi ilə desək, tezliklə süni intellekt qoyunları, çobanları da əvəz edəcək… Aha, bəs onda nazir əmlik ətini hardan əldə edəcək? Hə, deyirlər, kitaylar süni ət istehsalına başlayır axı…”.

Sitatın sonu

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!