Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Aprelin 15-də Kahramanmaraşda silahlı insident baş verən Ayser Çalık orta məktəbi fəaliyyətini dayandırıb.
Tezadlar.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının Kahramanmaraş üzrə nümayəndəsi Ünal Ateş aprelin 20-dən həmin məktəbdə tədris həyata keçirilməyəcəyini açıqlayıb.
Məktəbdə təhsil alan şagirdlər digər təhsil müəssisələrinə yönləndiriləcək.
Xatırladaq ki, Ayser Çalık məktəbinin 8-ci sinif şagirdi İsa Aras Mersinlinin həyata keçirdiyi silahlı hücum nəticəsində biri müəllim, 9-u şagird olmaqla 10 nəfər ölüb. İ.Mersinli daha sonra özünə atəş açaraq intihar edib.