“Kasıb oğlan məni daşıya bilməz”.
Tezadlar.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva “Öz aramızda” proqramında deyib.
Sualları cavablandıran aktrisa sənət adamı ilə ailə qurmayacağını bildirib:
“Aktyorla ailə qurmazdım. Heç vaxt ev yıxmaram. Uşağımın atası və ya həyat yoldaşım xəyanət etsə, bağışlayaram”.
Qeyd edək ki, Pərvin Abıyeva 17 oktyabr 1990-cı ildə Ağdaşda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirən aktrisa ilk dəfə “Qarabağnamə” filminə çəkilib. 2012-ci ildə isə “Həyat Varsa”, 2013-cü ildə “Oğurlanmış arzular” teleserialında, 2014-cü ildə “İkinci Bahar” serialında, 2015-ci ildə “Tufanlı Səma” və “Bacanaqlar” serialında rol alıb, həmçinin “Gecə Qonağı” ,”Ay Brilliant” filmində çəkilir, “Dəmir Qazan”, “Gecə Qonağı 2”, “Yanlış anlama”, “Xənnas” filmlərinə çəkilib.
O, KİV-ə müsahibəsində “TikTok” sosial şəbəkəsinə qatıldığı ilk ay 35-36 min dollar qazancının olduğunu bildirib.
Xatırladaq ki, mediada ara-sıra aktrisanın şəxsi həyatı ilə bağlı qalmaqallı xəbərlər gündəmə gətirilib. Ən səs-küylülərdən biri isə 2019-cu ildə polis sevgilisi ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım nəticəsində sevgilisinin DİN-dən qovulması olmuşdu…
https://www.youtube.com/watch?v=BzHFYCecJ7U&t=5s
JASMİN







