Əsas məzmuna keç

KATV1- in zay internet xidməti- ŞİKAYƏT VAR

İnternetin sürətini yarıbayarı azaldan şirkətlər lazımi tədbirlər görmək əvəzinə, vətəndaşların ödədikləri vəsaitlər müqabilində yarıtmaz xidməti başadüşülən deyil. Budur, Yasamal rayonunun Şərifzadə küçəsində yaşayan Əhməd Süleymanov redaksiyanın elektron poçtuna belə bir şikayət göndərib: “Bu gün saat 11:00- dan KATV1 xəbərdarlıq etmədən interneti kəsib. Hansı ki, mənim işim evdən xidmətdir və internetlə həyata keçirilir… Artıq neçənci dəfədir elədir, xəbərdarlıq edilmədən interneti kəsirlər və bütün işimi alt- üst edirlər. Xidmət göstərdiyim qurum isə məni pis xidmət etməkdə suçlayır… Niyə xəbərdarlıq etmədən belə addım atırlar? Saytında fasiləsiz internet xidməti vəd edən şirkət bu ərazidə bütün işimizi dondurub! Belə xidmət olur? Zəng edirik, operator da bəzı. 10-15 dəqiqə “Gözləyin” deyir. Xahiş ediik, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məlumat verəsiniz ki, KATV1 kimi şirkətlərə qarşı niyə tədbir görsünlər…”.

Səbuhi

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…