Kavelaşvili: Cənubi Qafqazda sabitlik bizim üçün vacibdir

Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə davam edəcək.

Tezadlar.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Cənubi Qafqazda sabitlik rəsmi Tbilisi üçün vacibdir.

Kavelaşvili Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəklədiklərini bildirib.

Xəbəri paylaş