Əsas məzmuna keç

Keçmiş icra əməkdaşı arxivə rəhbər oldu

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Göygöl rayon Dövlət Arxivinə yeni müdir təyin olunub.

Tezadlar.az xəbər verir ki, bununla bağlı Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Hüseyn Hamlet oğlu Məhərrəmli təyinat alıb.

Qeyd edək ki, H.Məhərrəmli 1995-ci ildə anadan olub. O, 2012-2016-cı illərdə Gəncə Dövlət Universitetində ali təhsil alıb. 2018-2024-cü illərdə isə Göygöl Rayon İcra Hakimiyyətində məsləhətçi vəzifəsində işləyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…