Əsas məzmuna keç

Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikasının Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında baş vermiş partlayışla əlaqədar İranın daxili işlər naziri İsgəndər Möminiyə başsağlığı məktubu göndərib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, nazir baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…