Əsas məzmuna keç

KİM GÜCLÜDÜR: KİŞİ, YOXSA QADIN???

Şahmat üzrə Avropa çempionu Şəhriyar Məmmədyarovun qadınların kişilərdən xeyli gücsüz olması barədə açıqlaması sosial şəbəkələrdə geniş müzakirə edilməkdədir… Sosial şəbəkə istifadəçisi Nərmin Hüseynzadə belə bir paylaşımla diqqəti çəkir:
“Qadın evin ən az  yeyəni…
-Ən az yatanı…
-Ən az dincələnidir – Ən güclü necə olsun? 
Amma həm də
Ən çox yorulanı,
Ən çox qayğılananı
Ən çox qab yuyanı
Ən çox corab tayı axtaranı
Ən çox  çalışanıdır – soba təmiz olsun, çay isti, paltar ləkəsiz – Zəif də deyil! 
Kişi gücdür, güclüdür! – olsun. Yeməyini yesin, çayını içsin, təmiz paltarlarını geyinib – güclü olmaq üçün yola çıxsın. Hər şey əslində nə qədər müştərəkdir. Təkbaşına güclü olmaq olmaz, olmur. Ən güclü olan insandır!”
Gerçəkdən, mübahisəli məsələdir ki, qadın zəifdir, yoxsa kişi güclüdür… Axı təkbaşına güclü olmaq da bəzən mümkünsüzdür…
A.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…