Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2026 / 18:08

Kiberbullinqə qarşı yeni tədbirlər

Uşaqların sosial şəbəkələrdə kiberbullinqvə digər neqativ təsirlərə məruz qalma ehtimalı daha çoxdur.

Tezadlar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmisi Aynurə Zeynalova Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.

Onun sözlərinə görə, qanun layihəsində əks olunan qadağa uşaqların təhsili və ya vaxtlarının səmərəli keçirmələri ilə bağlı platformalara aid deyil:

“Bu da o deməkdir ki, məktəbdə oxuyan şagird özünün düşüncə tərzinə, psixologiyasına uyğun proqramlardan istifadə edə biləcək. Qadağaların “TikTok” və digər sosial şəbəkələrdə tətbiqi nəzərdə tutulur. Bu platformalarda uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur. Eyni zamanda, o şəbəkələr üzərindən uşaqları nəyəsə vadar eləmək daha asandır”.

A.Zeynalova qeyd edib ki, böyük ehtimalla, bu qadağaların əvəzinə müəyyən alternativlər də olacaq. “Həmin alternativlər sayəsində tətbiq olunacaq qadağalar uşaqların psixologiyasına təsir etməyəcək

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!