Əsas məzmuna keç

Kibertəhlükəsizlik xəbərdarlığı – ETX vətəndaşları ehtiyatlı olmağa çağırdı

Elektron Təhlükəsizlik Xidməti (ETX) bəzi haktivist qrupların kiber məkanda fəallaşması ilə əlaqədar vətəndaşları və təşkilatları kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə və müvafiq tədbirləri gücləndirməyə çağırır.

Bu barədə “Təzadlar”  xəbər verir.

Qeyd olunur ki, son günlər “Red Wolf Cyber” və “Hazi Rash” adlı haktivist qrupları müxtəlif internet resurslarına qarşı DDoS hücumları həyata keçirib. Nəticədə bəzi internet səhifələrinin fəaliyyətində qısamüddətli fasilə yaranıb.

“Bu hücumların məqsədi veb resursların əlçatanlığını məhdudlaşdırmaq və insanlar arasında çaşqınlıq yaratmaqdır”, – məlumatda deyilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…