Fransada Madrid “Real”ının hücumçusu Kilian Mbappeyə hücum və onun oğurlanmasını planlaşdıran 18 yaşlı şəxs saxlanılıb.
Tezadlar.az xarici KİV-ə istinadla bildirir ki, saxlanılan şəxsin əlbir olduğu şəxslər də olub və onların bir neçə məşhur şəxsi oğurlamağı planlaşdırdıqları bildirilir.
Kilian Mbappe 2024-cü ilin yayından Madrid “Real”ında çıxış edir. Hücumçu “Monako”nun yetirməsidir. O, 2017–2024-cü illərdə PSJ-nin formasını geyinib.
Mbappe “Real”ın heyətində UEFA Superkubokunu və Qitələrarası Kuboku qazanıb.
Fransa millisinin heyətində isə 2018-ci ildə dünya çempionu olub.







