Əsas məzmuna keç

Kirkin qatili ilk dəfə məhkəmə qarşısına çıxdı

Fəal Çarli Kirki öldürməkdə ittiham olunan Tayler Ceyms Robinson ilk dəfə məhkəmə qarşısına çıxıb.

Tezadlar.az xəbər verir ki, dinləmə virtual olaraq keçirilib və ABŞ-ın əsas televiziya şəbəkələrində yayımlanıb.

Robinsonun hüquqları oxunub və o, girovsuz saxlanacağı barədə məlumat verildi. Ona vəkil təyin olunacağı da bildirilib.

Dinləmə zamanı Robinson rəsmi olaraq yeddi maddə ilə ittiham edilib, bunlardan birincisi ağırlaşdırılmış qətl, ikincisi ağır bədən xəsarəti ilə nəticələnən odlu silahdan qanunsuz istifadədir. Robinson həmçinin ədalət mühakiməsinə mane olmaqda iki maddə ilə ittiham olunur. O, həmçinin iki şahidin saxtakarlığı və uşaqların yanında zorakı cinayət törətməkdə bir faktla üzləşir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…