Hollivud ulduzu Nikol Kidman və müğənni həyat yoldaşı Kit Urban ayrılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə TMZ məlumatlı mənbələrə istinadən məlumat yayıb .
Məlumata görə, 58 yaşlı aktrisa ilə 57 yaşlı ifaçı 19 illik evliliklərini sonlandırmaq qərarı alıb.
Cütlüyün yayın əvvəlindən ayrı yaşadığı iddia edilir. Musiqiçi Neşvildə ev alıb və ailə malikanəsindən köçüb. Urban uzaqda olarkən iki uşağının da qayğısına Nikol Kidman qalıb. Ayrılmaq qərarı təktərəfli olub və Nikol Kitdən ayrılmaq istəməyib.
Ayrılığın səbəbləri hələ açıqlanmayıb.
Onu da əlavə edək ki, cütlüyün boşanmasının rəsmi olub-olmayacağı ilə bağlı hələlik məlumat yoxdur.







