Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyul 2026 / 12:40

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, Qarakilsə rayonu Səki kənd İcmasının sədri, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist, Prezident mükafatçısı, Ombudsman Aparatının əməkdaşı Azadə Novruzova Fəxri Fərmanla təltif ediib.

Azadə Novruzova tanınmış şairə, publisist və tədqiqatçıdır. O, şeirlər, esselər, sənədli povestlər və həmçinin tarixi-hərbi mövzulu əsərlərin müəllifidir. Azadə Novruzova 20-dən çox kitabın tərtibçisi və redaktoru olmaqla yanaşı, “Ovunmayan həsrət”, “Sən mənim ağ kitabım” adlı bədii əsərlərin və 200-dən çox elmi-publisistik məqalənin müəllifidir. Bir çox şeir və esseləri ingilis və rus dillərinə tərcümə edilib.

Azadə Novruzova Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Millət vəkili Əziz Ələkbərli tərəfindən Qərbi Azərbaycan İcmasının strateji məqsədlərinin həyata keçirilməsi, Qərbi Azərbaycanlıların təskilatlanması, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində xidmətlərinə görə və yubileyi münasibəti ilə Fəxri fərmanla təltif olunub.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!