Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Kiyev yalnız atəşkəsdən sonra bərpa edilən İstanbul danışıqlarında iştirak edəcək.
Tezadlar.az xəbər verirki, bu barədə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin saytı məlumat yayıb.
Yermak bəyan edib ki, Kiyev öz mövqeyində israrlıdır və ilk növbədə sülh danışıqlarının başlaması ilə razılaşmır.
“Əvvəlcə 30 günlük atəşkəs, sonra hər şey”, – o deyib.
Zelenski daha əvvəl də oxşar bəyanatla çıxış edib.
Bir gün əvvəl hərbi analitik İqor Korotçenko xəbərdarlıq etmişdi ki, Kiyev “30 günlük atəşkəs”dən münaqişəni davam etdirmək və Rusiya ərazisində təxribat əməliyyatları üçün pərdə kimi istifadə edir.
E.ŞİRİNOV