14 Mart 2026 / 09:25

Kiyev vilayətindəki raket zərbələrində ölənlər və yaralananlar var

Martın 14-nə keçən gecə Rusiya qoşunlarının Ukraynanın Kiyev vilayətinə raket və dron hücumu nəticəsində azı iki nəfər ölüb, daha səkkiz nəfər yaralanıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə yerli hakimiyyət nümayəndələri məlumat verib. Sitat: “Təəssüf ki, Brovarı rayonunda iki nəfər həlak olub. Yataqxana binası, istehsalat və anbar binaları zədələnib”, – Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnik öz “Telegram” kanalında yazıb. Kalaşnikov dəqiqləşdirib ki, hücumun fəsadları həmçinin paytaxtın Obuxov rayonunda da qeydə alınıb, orada çoxmərtəbəli binanın texniki otağı zədələnib, yaxınlığında isə avtomobillər yanıb. Brovarı meri İqor Sapojko, öz növbəsində, bildirib ki, raket atəşi nəticəsində səkkiz nəfər xəsarət alıb, onlar yerli xəstəxanaya yerləşdiriliblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!